Millimizin üzvündən qol ötürməsi

Millimizin üzvündən qol ötürməsi
XƏBƏR 13 Dekabr 2021 / 00:46 1827
-  A +

Ukrayna çempionatında 18-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin futbolçusu Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” bu turda yığmamızın digər üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay”ı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Nuriyev  bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana çıxıb və sabiq komandasına qarşı matçda "Kolos"un qələbə qolunun ötürməsini verib.

Rüstəm isə sözügedən qarşılaşmada oynamayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

 “Kolos” hazırda 24 xalla 8-ci, “Minay” isə 10 xalla 15-cidir.


Son xəbərlər
topaz banner