"Çelsi" 37 yaşlı Silvanın müqaviləsini yeniləyir

"Çelsi" 37 yaşlı Silvanın müqaviləsini yeniləyir
XƏBƏR 12 Dekabr 2021 / 14:50 1329
-  A +

"Çelsi" futbolçusu Tiaqo Silva ilə müqaviləni uzadacaq.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubu braziliyalı müdafiəçinin sözləşməsini 2023-cü ilin yayına qədər yeniləmək niyyətindədir.

Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcəyi bildirilib.

Qeyd edək ki, 37 yaşlı mərkəz müdafiəçisi 2020-ci ilin avqustunda azad agent kimi "Çelsi"yə keçib.


Son xəbərlər
topaz banner