Melonun yeni klubu bilindi

Melonun yeni klubu bilindi
XƏBƏR 12 Dekabr 2021 / 14:18 40464
-  A +

Braziliyanın “Palmeyras” klubundan ayrılan Felipe Melonun yeni komandası müəyyənləşib.

Qol.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi “Fluminense”yə keçəcək. Bu barədə Braziliya klubunun prezidenti Mario Bittenkurt yerli mətbuata açıqlamasında deyib. O, Melo ilə razılığa gəldiklərini bildirib.

Qeyd edək ki, Braziliya millisizinin sabiq üzvü karyerası ərzində ölkəsində “Flamenqo”, “Qremio”, “Kruzeyro”, İtaliyada “Fiorentina”, “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Malyorka”, “Rasinq”, “Almeriya” kimi klublarda da çıxış edib.


Son xəbərlər
topaz banner