Ronaldo Sulşerə çatdı

Ronaldo Sulşerə çatdı
XƏBƏR 12 Dekabr 2021 / 13:39 3593
-  A +

"Mançeser Yunyeted"in futbolçusu Kriştiano Ronaldonun İngiltərə Premyer Liqasının 16-cı turunda "Norviç"lə oyunda (1:0) vurduğu qol əlamətdar olub. 

Qol.az xəbər verir ki, komandasına qələbə qazandıran qol Ronaldonun "Mançester Yunayted"lə Premyer Liqadakı 91-ci qolu olub. 36 yaşlı hücumçu bu göstəricidə komandanın keçmiş oyunçusu və baş məşqçisi Ole-Qunnar Sulşerə çatıb. 

Ronaldo və Sulşer "Mançester Yunyated"in bombardirləri arasında 6-cıdırlar. Ən yaxşı bombardir isə 183 qolla Ueyn Runidir.


Son xəbərlər
topaz banner