Arazdan qol ötürməsi, "Etnikos"dan qələbə - Video

Arazdan qol ötürməsi, "Etnikos"dan qələbə - Video
XƏBƏR 12 Dekabr 2021 / 10:08 3274
-  A +

Kipr çempionatında 13-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin yarımmüdafiəçi Araz Abdullayevin çıxış etdiyi “Etnikos” səfərdə “Paeek”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib. Abdullayev komandasının ilk qolunun ötürməsini edib.

“Etnikos” 13 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner