Naqelsmann "Real"dan niyə imtina edib?

Naqelsmann "Real"dan niyə imtina edib?
XƏBƏR 11 Dekabr 2021 / 15:29 2688
-  A +

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann 2018-i ildə "Real"ı çalışdırmaqdan imtina etməsinin səbəbini açıqlayıb. 

Qol.az xəbər verir ki, 44 yaşlı mütəxəssis "Sport İllustrated"ə açıqlamasında deyib: 

"Hoffenhaym"ın baş məşqçisi olmazdan əvvəl köməkçi-məşqçi kimi çalışmışam. Hər bir  işçini tanıyırdım. Uyğunlaşma müddəti çox qısa idi. Təlim avadanlıqları üçün kimə müraciət edəcəyimi dəqiq bilirdim. Günorta tərəvəz şorbasını dadmaq istəsəm, artıq tanıdığım aşpazın yanına gedərdim. Amma klubdakı bütün insanlarla ilk dəfə görüşəndə ​​tamam başqa vəziyyət yaranır. "Hoffenhaym"dan bir pillə yuxarı qalxmaq istəməyim tamamilə normaldır, lakin bu addım mümkün olan ən yüksək olmamalıdır. Həmin vaxt "Real"a keçmək bir az çətin olardı.  Beş ildən sonra harada olacağam? bilmirəm. Ümid edirəm ki, hələ də "Bavariya"da qalacağam". 
 


Son xəbərlər
topaz banner