Fransa millisinin sabiq futbolçusu Tyeri Anri PSJ-nin oyunçusu Lionel Messi haqqında danışıb.
Qol.az gq.com-a istinadən xəbər verir ki, hazırda Belçika millisində məşqçi işləyən 44 yaşlı mütəxəssis Messinin PSJ-də yaxşı oynamadığı barədə deyilənlərə belə cavab verib:
“Bu bir az qəribədir. Baxın, PSJ Liqa 1-də fərqlə liderdir və Çempionlar Liqasında kifayət qədər yaxşı çıxış edir. İnsanlar PSJ-nin daha yaxşı oynamasını istəyir. Onların oyunu həmişə sərbəst və parlaq olmur. Ancaq sonda matçlarda qalib gəlirlər. Messinin Liqa 1-də oynaması ağlıma gəlməzdi. Onun "Barselona"dan ayrılacağını heç düşünmürdüm. İnsanlar bəzi futbolçulardan daim nəticə tələb edirlər. İnsanlar başa düşmürlər ki, ən yaxşı futbolçular çox vaxt milliyə gedib, üç gündən bir oynayır, ona görə də çox məşq etmirlər. Yeni taktika, yeni ideyalar tətbiq etmək, oyunçuları birgə işləməyə məcbur etmək həmişə asan olmur. PSJ-də oynayanda həmişə daha çox qazanmadığın üçün mühakimə olunursan. Bu, yüksək səviyyəli komandanın həyatıdır və asan deyil.
Uşaqlıqdan bəri getdiyin yerdən ayrılanda və əlavə olaraq ayrılacağını ağlına belə gətirə bilmirsənsə, bu, çox qəribə olur. Harada olduğunuzu dərk etməli və anlamalı, yeni liqaya və yeni komandaya uyğunlaşmalısınız. Messi də insandır. Onun “Barselona”dan gedərkən necə ağladığını gördünüz. Bunlar əsl göz yaşları idi. O, ağladı. Messi olsan belə, sənə uyğunlaşmaq və anlamaq üçün bir az vaxt lazımdır. Bu adamın da bir insan olduğunu başa düşmək lazımdır. “Barselona”dan ayrılması onun üçün hələ də yeni təcrübədir. Amma Messinin bunun öhdəsindən gələcəyinə inanıram. Mən əminəm. “Arsenal”dan ayrılıb “Barselona”ya gedəndə də belə şeylər yaşamışdım. Ətrafa alışmağım bir qədər zaman aldı. “Arsenal”dan ayrılacağımı heç düşünməmişdim, amma “Barselona”ya keçdim... Böyük klubda, böyük şəhərdə idim. Əvvəllər mənə cəhənnəm kimi gəlirdi. Amma bunu həzm etmək bir az vaxtımı aldı”.
Qeyd edək ki. Messi bu ilin avqust ayında PSJ ilə 2+1 illik müqavilə imzalayıb. O, bir neçə gün əvvəl karyerasında 7-ci dəfə “Qızıl top” mükafaatını qazanıb.
Əlavə edək ki, Anri 1997-2010-cu illərdə Fransa millisində oynayıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı