Daha bir məşhur futbolçu karyerasını bitirdi

Daha bir məşhur futbolçu karyerasını bitirdi
DÜNYA FUTBOLU 9 Dekabr 2021 / 18:30 4072
-  A +

 "Yuventus"və "Bavariya"nın sabiq futbolçusu Medhi Benatya karyerasını başa vurub.

Qol.az xəbər verir ki, mərakeşli müdafiəçi bu barədə İnstaqram səhifəsində paylaşım edib. O, 34 yaşında peşəkar karyerasını bitirib.

Qeyd edək ki, Mərakeş millisinin sabiq üzvü Fransada "Marsel", "Loryan", "Klermon", İtaliyada "Udineze" və "Roma" klublarında da çıxış edib. Benatyanın son klubu Türkiyə "Karagümrük"ü olub.


Son xəbərlər