"Tottenhem"in Konfrans Liqasındakı oyunu ləğv edildi

"Tottenhem"in Konfrans Liqasındakı oyunu ləğv edildi
DÜNYA FUTBOLU 9 Dekabr 2021 / 02:50 6692
-  A +

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda bu gecə  keçirilməli olan "Tottenhem" - "Renn" oyunu ləğv edilib.

Qol.az London klubun rəsmi saytına istinadən xəbər verir ki, buna meydan sahiblərinin heyətində koronavirusa kütləvi yoluxma halı səbəb olub.

Klubda 6 nəfərin COVID-19 testi müsbət çıxdığından UEFA matçın oynanılmamasına qərar verib.

Qeyd edək ki, "Renn" 5 turdan sonra 11 xalla 1-ci, "Tottenhem" isə 7 xalla 2-cidir. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner