Zlatko Daliçin müqaviləsi uzadıldı

Zlatko Daliçin müqaviləsi uzadıldı
XƏBƏR 8 Dekabr 2021 / 16:10 1442
-  A +

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığmanı çalışdırmağa davam edəcək.

Qol.az Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqavilə uzadılıb. Onun yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Zlatko Daliç 2017-ci ildən yığmanın sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında finala yüksəlib. Xorvatiya həlledici görüşdə Fransaya 2:4 hesabı ilə uduzub.


Son xəbərlər
topaz banner