Messi Ronaldonun rekordunu təkrarladı

Messi Ronaldonun rekordunu təkrarladı
DÜNYA FUTBOLU 8 Dekabr 2021 / 00:45 5216
-  A +

PSJ-nin futbolçusu Lionel Messi "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun rekordunu  təkrarlayıb.

Qol.az "Squawka Football"a istinadən xəbər verir ki, o, buna Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Brügge" ilə matçda (4:1) dubl edərək nail olub. Bununla da, argentinalı oyunçu ÇL-də qol vurduğu komandaların sayını 38-ə yüksəldib.

Beləliklə, Messi Ronaldonun bu göstəricidəki rekordunu təkrarlayıb.


Son xəbərlər