“Lill”in futbolçusunun evi qarət edildi

“Lill”in futbolçusunun evi qarət edildi
XƏBƏR 7 Dekabr 2021 / 16:36 966
-  A +

"Lill"in yarımmüdafiəçisi Conatan İkonenin evi qarət edilib.

Qol.az xəbər verir ki, bu barədə “L`Equipe” məlumat yayıb. Oğruların 23 yaşlı yarımmüdafiəçiyə vurduğu ümumi zərərin 250 min avro olduğu bildirilir. 

İkone isə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Volfsburq”la sabahkı matç üçün komandası ilə Almaniyaya yolanmağa hazırlaşır. 

Qeyd edək ki, İkone 2018-ci ildən “Lill”də oynayır. 


Son xəbərlər
topaz banner