"Rəqibimizin "Mançester Yunayted" və ya "Qarabağ" olmasının fərqi yoxdur"

"Rəqibimizin "Mançester Yunayted" və ya "Qarabağ" olmasının fərqi yoxdur"
DÜNYA FUTBOLU 7 Dekabr 2021 / 14:59 8609
-  A +

"Bazel"in sabiq futbolçusu Aleksandr Fray İsveçrə təmsilçisnin Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyunu öncəsi fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, "Telebasel"ə açıqlamasında avrokuboklar mübarizə aparmağın vacib olduğunu söyləyib:

"Oyunçular üçün bu matçlar həmişə xüsusidir.  "Rəqibin "Mançester Yunayted" və ya "Qarabağ" olmasının fərqi yoxdur. Avrokuboklarda bütün oyunlar vacibdir".

Qeyd edək ki, dekabrın 9-u keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.


Son xəbərlər