"Qrupdan çıxa biləcəyik" - Pioli

"Qrupdan çıxa biləcəyik" - Pioli
XƏBƏR 7 Dekabr 2021 / 13:43 3654
-  A +

"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Liverpul"a qarşı evdə keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.

Qol.az xəbər verir ki, 56 yaşlı mütəxəssis görüşdə  qalib gələrək növbəti mərhələyə adlayacaqlarına inandığını bildirib: 

“Liverpul”un çox sürətli və texnikalı hücumçuları var. Bu komanda hücumda çox yaxşı oynayır. Biz çox diqqətli olmalıyıq və komanda olaraq düzgün oyun variantlarını seçməliyik. Bu axşam “Milan” özü kimi olmalıdır. Bizim yalnız bir fürsətimiz var. Riskə gedib, qələbə qazanacağıq. Qrupdan çıxa biləcəyik, çünki bunu istəyirik. Özümüzə belə bir fürsət yaratmışıq”. 

Qeyd edək ki, bu gün keçiriləcək “Milan” – “Liverpul” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. 


Son xəbərlər
topaz banner