“Ümid edirəm ki, Messi səmimi idi” - Levandovski

“Ümid edirəm ki, Messi səmimi idi” - Levandovski
XƏBƏR 7 Dekabr 2021 / 12:05 3284
-  A +

“Bavariya”nın futbolçusu Robert Levandovski PSJ-nin oyunçusu Lionel Messinin “Qızıl top”u qazandıqdan sonra onun haqqında dediyi sözlərə münasibət bildirib.

Qol.az sport.es-ə istinadən xəbər verir ki, Messi mükafatlandırma mərasiminin ardından açıqlamasında Levandovskinin “Qızıl top”a layiq olduğunu bildirmişdi. 33 yaşlı hücumçu isə argentinalı oyunçunun bu sözlərinə belə reaksiya verib: “Ümid edirəm ki, bu, sadəcə sözlər deyil, böyük oyunçunun səmimi ifadəsi idi”. 

Qeyd edək ki, Messi səsvermədə Levandovskini 33 xal qabaqlayaraq karyerasında 7-ci dəfə bu mükafata sahib çıxıb. 


Son xəbərlər
topaz banner