UEFA Vadjini fərqləndirdi - Şəkil

UEFA Vadjini fərqləndirdi - Şəkil
XƏBƏR 7 Dekabr 2021 / 09:48 2954
-  A +

UEFA Konfrans Liqasının rəsmi "Tvitter" səhifəsi turnirdə çıxış edən klubların 4 futbolçusunu fərqləndirilib.

Qol.az xəbər verir ki, onların arasında "Qarabağ"ın hücumçusu İbrahima Vadji də yer alıb.

"Bu həftəsonu sizi ən çox hansı hücumçu təsirləndirib" sualının ünvanlandığı postda seneqallı oyunçu ilə yanaşı, Yesper Karlsson ("AZ Alkmaar"),  Brayan Linssen ("Feyenoord") və  Marten Teryenin ("Renn") şəkli yerləşdirilib.

Qeyd edək ki, İ.Vadji  Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldikləri görüşdə dubl edib. Karlsson və Linssen də 2, Terye isə 3 qol vurub.


 


Son xəbərlər
topaz banner