Fati daha 2 həftə oynamayacaq

Fati daha 2 həftə oynamayacaq
XƏBƏR 5 Dekabr 2021 / 16:22 1063
-  A +

"Barselona"nın futbolçusu Ansu Fati ən az 2 həftə  daha meydana çıxmayacaq. 

Qol.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi hələ də zədəsini bərpa edə bilməyib. Bu səbəbdən o, komandanın məşqlərinə də qatılmır. Fati Çempionlar Liqasının 6-cı turunda "Bavariya" ilə görüşü də buraxmalı olacaq. Onun ən yaxşı halda 2 həftə sonra "Elçe" ilə qarşılaşmada oynayacağı bildirilib.

Qeyd edək ki, Ansu La Liqanın 13-cü turunda "Selta" ilə görüşdə sıradan çıxıb. 

 


Son xəbərlər
topaz banner