Ronaldo liderdir

Ronaldo liderdir
XƏBƏR 5 Dekabr 2021 / 13:55 17316
-  A +

“KPMG Football Benchmark” yaşı 35 və daha çox olan futbolçulardan ibarət dünyanın ən dəyərli “11-liy”ini müəyyənləşdirib.

Qol.az xəbər verir ki, 4-4-2 sxeminə uyğun qurulan heyətin ən bahalı oyunçusu Kriştiano Ronaldodur. “Mançester Yunayted”in portuqaliyalı hücumçusunun transfer dəyəri 40,1 milyon avroya bərabərdir.

Dünyanın ən bahalı yaşlı futbolçulardan ibarət "11-liy"i:

Qapıçı: Manuel Noyer (“Bavariya”, 35 yaş, 13 milyon avro)

Mərkəz müdafiəçisi: Tiaqo Silva  (“Çelsi”,  37 yaş, 2 milyon)

Mərkəz müdafiəçisi: Serxio Ramos (PSJ, 35 yaş, 10 milyon avro)

Sol cinah müdafiəçisi: Kristian Ansaldi (“Torino”, 35 yaş, 1,2 milyon)

Sağ cinah müdafiəçisi: Xesus Navas (“Sevilya”, 35 yaş, 3 milyon)

Yarımmüdafiəçi: Luka Modriç (“Real”, 36 yaş, 8,2 milyon)

Yarımmüdafiəçi: Joao Moutinyo ("Vulverhempton”, 35 yaş, 2,9 milyon)

Yarımmüdafiəçi: Ceyms Milner (“Liverpul”, 35 yaş, 2,4 milyon)

Yarımmüdafiəçi: David Silva (“Real Sosyedad”, 35 yaş, 3,2 milyon)

Hücumçu: Edin Dzeko (“İnter”, 35 yaş, 8,5 milyon)

Hücumçu: Kriştiano Ronaldo (“Mançester Yunayted”,  36 yaş, 40,1 milyon)


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"