İsveçdə çempion məlum oldu

İsveçdə çempion məlum oldu
XƏBƏR 5 Dekabr 2021 / 13:23 3798
-  A +

İsveç çempionatının qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, "Malmö" 30-cu turda doğma meydanda “Halmstad”la oyundan qolsuz heç-heçə etməklə xallarının sayını 59-a çatdırıb. 

“Malmö” ilə yanaşı, AİK də çempionatı 59 xalla bitirib. Bu komanda həlledici turda doğma meydanda “Sirius”dan üstün olub – 4:2. Şəxsi oyunlarda üstün olan “Malmö” çempionluğu rəsmiləşdirib. AİK isə gümüş medallarla kifayətlənib.

Bürünc medalları “Yurqarden” qazanıb. 

Qeyd edək ki, “Malmö” tarixində 22-ci dəfə İsveç çempionu olub.


Son xəbərlər
topaz banner