Mahirin komandası uduzdu

Mahirin komandası uduzdu
XƏBƏR 6 Dekabr 2021 / 02:00 6667
-  A +

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, Varşava təmsilçisi 17-ci turda səfərdə "Krakov"la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Start heyətdə meydana çıxan Mahir 59-cu dəqiqədə əvəzlənib.

Digərlərindən 2 oyun az keçirən "Legiya" hazırda turnir cədvəlində 12 xalla 16-cıdır. 

23:00. "Krakov" - "Legiya" - 1:0

Qol: Van Amersfot, 20


Son xəbərlər
topaz banner