Messi: "Tarixin ən yaxşısı olduğumu heç vaxt deməmişəm"

Messi: "Tarixin ən yaxşısı olduğumu heç vaxt deməmişəm"
XƏBƏR 4 Dekabr 2021 / 16:27 2472
-  A +

PSJ-nin futbolçusu Lionel Messi karyerasında 7-ci dəfə "Qızıl top"u qazanması barədə danışıb. 

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu "French Football"a açıqlamasında deyib: 

"Mən heç vaxt deməmişəm ki, bütün zamanların ən yaxşı oyunçusuyam. Mənim üçün ən yaxşılardan sayılmağım kifayətdir. Heç vaxt tarixin ən yaxşısı olmaq istəməmişəm. Heç vaxt kiməsə kumir və ya örnək olmağı, məsləhət verməyi sevməmişəm. Xəyallarım üçün mübarizə apardım. Əvvəlcə peşəkar futbolçu olmalı idim, sonra hər il daha yaxşı olmağa, yeni hədəflərə çatmağa çalışdım. Bunda bir az şansın da rolu var. İnanıram ki, Allah mənim üçün bu yolu hazırlayıb".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın