“Napoli”nin müdafiəçisi üçün il bitdi

“Napoli”nin müdafiəçisi üçün il bitdi
XƏBƏR 3 Dekabr 2021 / 15:11 1968
-  A +

İtaliyanın “Napoli” klubu ciddi itkiylə üzləşib.

Qol.az "Football Italia"ya istinadən xəbər verir ki, A seriyasının 15-ci turunda “Sassuolo” ilə keçirilən matçda (2:2) zədələnən Xalidu Kulibali bir müddət yaşıl meydanlardan uzaq qalacaq. 

Seneqallı müdafiəçinin gələn ilin fevralına qədər meydana çıxa bilməyəcəyi ehtimal olunur.

Kulibali zədə səbəbindən 2022-ci ilin 9 yanvarından 6 fevralına qədər davam edəcək Afrika kubokunu da buraxa bilər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner