Kerrik "Mançester Yunayted"dən ayrıldı

Kerrik "Mançester Yunayted"dən ayrıldı
XƏBƏR 3 Dekabr 2021 / 10:20 2891
-  A +

"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi Maykl Kerrik komandanı tərk edib.

Qol.az xəbər verir ki, ingiltərəli mütəxəssis bunu özü yerli mətbuata açıqlayıb. O, yeni baş məşqçi Ralf Ranqnikin məşqçilər korpusunda yer almayacaq.

Baş məşqçi Ole-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra bu vəzifəni icra edən Kerrik Premyer Liqanın son turunda “Arsenal” üzərində 3:2 hesablı qələbədən sonra komandadan ayrılıb. 

Qeyd edək ki, Kerrik 15 il idi ki, "Mançester Yunayted"də idi. O, 2006-18-ci illərdə futbolçu, 2018-21-ci illərdə məşqçi kimi çalışıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner