"Fənərbaxça" baş məşqçisi ilə yolları ayırır

"Fənərbaxça" baş məşqçisi ilə yolları ayırır
XƏBƏR 2 Dekabr 2021 / 14:40 3262
-  A +

“Fənərbaxça” baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırmağa hazırlaşır.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Ali Koç Pereyranın fəaliyyətindən məmnun deyil.

Super Liqanın 14-cü turunda “Göztəpə” ilə heç-heçə (1:1) və lider “Trabzonspor”dan 12 xal geri qalmaq rəhbərliyin narazılığına səbəb olub. "Fənərbaxça" baş məşqçi vəzifəsinə “Fatih Karagümrük”ün çalışdırıcısı Françesko Fariolini əsas namizəd hesab edir. Klub artıq 32 yaşlı italiyalı mütəxəssislə danışıqlara start verilib.

Qeyd edək ki, Super Liqada 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Fənərbaxça” Avropa Liqasında da qrup üçüncülüyünü təmin edərək, mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.


Son xəbərlər
topaz banner