“Pioliyə görə müqaviləmi yeniləyəcəyəm” - Zlatan

“Pioliyə görə müqaviləmi yeniləyəcəyəm” - Zlatan
XƏBƏR 2 Dekabr 2021 / 10:30 1516
-  A +

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç klubu ilə müqaviləni yeniləyib-yeniləməyəcəyi haqda suallara cavab verib.

Qol.az “Football İtalia”ya istinadən xəbər verir ki, 40 yaşlı hücumçu A seriyası təmsilçisi ilə sözləşmə imzalamaq niyyətində olduğunu bildirib: “Baş məşqçimiz Stefano Pioli müqaviləni yenilədiyi üçün indi mən də sözləşmə imzalamalıyam . Mən Pioliyə görə xoşbəxtəm, o, buna layiqdir. Pioli əla iş görür”.

Qeyd edək ki, Zlatan ötən ildən “Milan”da oynayır.


Son xəbərlər
topaz banner