“Barselona” Haaland üçün cəhd edəcək

“Barselona” Haaland üçün cəhd edəcək
XƏBƏR 30 Noyabr 2021 / 11:59 1904
-  A +

“Barselona” “Borussiya”nın (Dortmund) futbolçusu Erling Haalandı heyətinə qatmaq istəyir. 

Qol.az xəbər verir ki, bu barədə “SER Cataluniya” məlumat yayıb. Kataloniya klubu Haalandın keçidi üçün maddi cəhətdən çətinlik çəkəcəyini bilsə də, oyunçunu almağa cəhd edəcək. 

21 yaşlı hücumçunun transferinə görə “Barselona”nın prezidenti Joan Laporta xüsusən israrlıdır. Buna görə də klubun idman departamenti Haaland üçün müqavilə üzərində işləyir. Futbolçunun “Borussiya” ilə sözləşməsinə əsasən isə onun komandadan ayrılması üçün 75 milyon avro təzminat ödənilməlidir. Bundan əlavə “Barselona” 60 milyon avro komissiya haqqı xərcləməli olacaq.  Haalandın meneceri Mino Raiola 40 milyon avro, digər menecer, həmçinin oyunçunun atası olan Alf-İnqe Haaland isə 20 milyon avro tələb etməyi planlaşdırır. 

Qeyd edək ki, Haaland bu mövsüm “Borussiya” ilə 11 matçda 14 qol vurub və 3 qolun ötürməsini verib. 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı