Messi Levandovskini neçə xal qabaqlayıb?

Messi Levandovskini neçə xal qabaqlayıb?
XƏBƏR 30 Noyabr 2021 / 10:02 5070
-  A +

Ötən gecə "Qızıl top" mükafatına layiq görülən  PSJ-nin futbolçusu Lionel Messinin səsvermədə topladığı xalların sayı açıqlanıb.

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu 613 xalla birinci olub. O, "Bavariya"da çıxış edən ən yaxın rəqibi Robert Levandovskini 33 xal qabaqlayıb. Polşalı oyunçu 580 xal toplayıb və 2-ci olub.

"Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyo 460 xalla üçüncü yeri tutub. "Mançester Yunayted"dən Kriştiano Ronaldo isə 178 xalla 6-cı yerə layiq görülüb.


Son xəbərlər
topaz banner