"Mançester Yunayted" yeni baş məşqçisini açıqladı

"Mançester Yunayted" yeni baş məşqçisini açıqladı
XƏBƏR 29 Noyabr 2021 / 16:10 4113
-  A +

"Mançester Yunayted" yeni baş məşqçisini açıqlayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Ralf Ranqnikə çalışdıracaq.

Almaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. 63 yaşlı məşqçi bu vəzifədə Ule Qunnar Sulşeri əvəzləyib.

Qeyd edək ki, Ranqnik "Ştutqart", "Şalke", "Hoffenyam", "Hannover" və "Leyptsiq" klublarında baş məşqçi kimi çalışıb. O, son olaraq Moskva "Lokomotiv"inin idman və inkişaf departamentinin rəhbəri olub.


Son xəbərlər
topaz banner