Mahir Emreli və fanat arasında maraqlı dialoq - Video

Mahir Emreli və fanat arasında maraqlı dialoq - Video
XƏBƏR 29 Noyabr 2021 / 15:34 6509
-  A +

"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli Polşa çempionatının 16-cı turunda "Yagelloniya"ya qalib gəldikləri oyundan (1:0) sonra klubu azarkeşi ilə görüşüb.

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə İnstaqram hesabından paylaşım edib.

Mahirlə fanat arasında maraqlı dialoq yaşayıb. Fanat Emreliyə "Yaxşı oynadın, mənim dostum. "Legiya"nın tarixi qədimdir. Bu səbəbdən, daha yaxşı oynamağa çalışmalısan" deyib. Mahir isə "Mən ən yaxşısını etməyə çalışıram" cavabını verib.

Qeyd edək ki, "Yagelloniya" ilə görüşdə "Legiya"nın qolunun ötürməsini Mahir Emreli verib (qafqazinfo.az).


Son xəbərlər
topaz banner