Nuriyev oynadı, komandası qalib gəldi

Nuriyev oynadı, komandası qalib gəldi
XƏBƏR 29 Noyabr 2021 / 10:55 1295
-  A +

UUkrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” doğma meydanda “Veres Rivne” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Nuriyev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

“Kolos” 16 turdan sonra 18 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner