Millimizin üzvü "Sportinq"ə qarşı oynadı

Millimizin üzvü "Sportinq"ə qarşı oynadı
XƏBƏR 29 Noyabr 2021 / 01:21 2272
-  A +

Portuqaliya yüksək liqasında 12-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" səfərdə Sportinq"lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Renat bu matçda start heyətdə meydana daxil olub və 61-ci dəqiqədə əvəzlənib.

Hazırda 12 xalı olan "Tondela" turnir cədvəlində 10-cu pillədə yer alıb. "Sportinq" isə 32 xalla 1-cidir.


Son xəbərlər
topaz banner