"Qarabağ"ın rəqibi xal itirmədi

"Qarabağ"ın rəqibi xal itirmədi
XƏBƏR 29 Noyabr 2021 / 00:40 2050
-  A +

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bazel" İsveçrə çempionatında 15-ci tur oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda səfərdə "Lüsern"lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

“Bazel” 15 turdan sonra 29 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.
 
Qeyd edək ki, “Qarabağ” “Bazel”lə Bakıda keçirilən ilk oyundan qolsuz bərabərə qalıb. Bu komandalar arasındakı ikinci görüş dekabrın 10-da İsveçrədə olacaq.


Son xəbərlər
topaz banner