"Qarabağ"a bu cür qol vurmaq gözəl hissdir"

"Qarabağ"a bu cür qol vurmaq gözəl hissdir"
XƏBƏR 28 Noyabr 2021 / 10:59 2115
-  A +

"Omoniya"nın futbolçusu Jordi Qomes Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda  "Qarabağ"la 2:2 hesablı bərabərə qaldıqları oyunla bağlı danışıb.

Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, o, meydanın mərkəzindən vurduğu qolu belə şərh edib: 

"Sadəcə, zərbə vurdum və top istədiyim trayektoriya ilə hərəkət edib qapıya daxil oldu. Rəqib komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevin öz mövqeyini xeyli tərk etdiyini gördükdən sonra topu qapıya göndərmək qərarına gəldim. Həmin an ani qərar verib bəxtimi sınadım. Sevindirici haldır ki, istəyim reallaşdı. "Qarabağ"a bu cür qol vurmaq gözəl hissdir".


Son xəbərlər
topaz banner