Məşhur şahmatçımız baş katib seçildi

Məşhur şahmatçımız baş katib seçildi
XƏBƏR 26 Noyabr 2021 / 14:14 2550
-  A +

Azərbaycan Şahmat Federasiyası (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.

Yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin edilib. O, bu vəzifədə Faiq Həsənovu əvəzləyib. F. Həsənov federasiyada I vitse-prezident olub.

Qeyd edək ki, Mahir Məmmədov bu gün AŞF-nin prezidenti seçilib.


Son xəbərlər
topaz banner