Azərbaycan karateçisi Rafael Ağayev "İdman TV"yə müsahibə verib.
Qol.az xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu Tokio-2020 Yay Olimpiya Oyunlarının finalında italiyalı Luici Busaya uduzmasından danışıb. 36 yaşlı idmançı şəxsi qarşılaşmalarda rəqibindən üstün olduğunu xatırladıb:
"İtaliya futbolunu çox sevirəm. Onların da xarakterində bizə çox oxşarlıq var: çılğın, qısqanc və istiqanlıdırlar. Amma rəqib olaraq kim olursa-olsun, mənim bir nəfərlə düşmənçiliyim və ya idmanda prinsipim varsa, onun bütün xalqa və ya millətə aidiyyatı yoxdur. Çünki hər ölkədə yaxşı və pis insanlar var. Çoxları fikirləşir ki, Rafael Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra Busadan revanş almalıdır. Amma mən belə düşünmürəm. Rahatlıqla deyirəm ki, bizdə revanş ola bilməz. Çünki üz-üzə gəldiyimiz görüşlərdə 11 dəfə mən, 5 dəfə o, qalib gəlib. Çalışacağam ki, gələcək yarışlarda onunla düşsəm, gözəl döyüş olsun və qələbə qazanım. Bu, istəklərimdən və qarşıya qoyduğum məqsədlərimdən biridir. Ona görə hər zaman hazır olmaq lazımdır. Düşünürəm ki, bunu həyata keçirəcəyəm".
Ağayev karyerası ilə bağlı məsələyə ilin sonunda aydınlıq gətirəcəyini sözlərinə əlavə edib: "Karatenin 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramında qalıb-qalmayacağı sual altındadır. Bu ilin sonunda fikrimi toplayıb öz karyeramla bağlı qərar verəcəyəm. Ya yarışlarda iştirak edəcək, ya da tatamidən kənarda idmançılarımızı hazırlayacağam. Baş məşqçimiz Qurban Tağıyevdir. Heç vaxt heç kimin yerində gözüm qalmayıb. Karate ailəsi olaraq birlikdə qərar verəcəyik. Uyğun görülərsə, mən də bütün məşqçilərlə birlikdə çalışacağam".
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?