Payetə su şüşəsi atan azarkeş həbs olundu

Payetə su şüşəsi atan azarkeş həbs olundu
XƏBƏR 24 Noyabr 2021 / 15:19 1343
-  A +

Fransanın “Lion” klubunun bir azarkeşi həbs olunub.

Qol.az “RMC Sport” telekanalına istinadən xəbər verir ki, “Marsel”lə Liqa 1 matçında rəqib komandanın yarımmüdafiəçisi Dmitri Payetə su şüşəsi atan fanat 6 aylıq həbs olunub.

Bununla yanaşı, azarkeşin “Lion”un stadionuna getməsinə 5 illik qadağa qoyulub. Fanat 3 min avro məbləğində də cərimələnib.

Xatırladaq ki, Payetin başına su butulkası dəydikdən sonra görüşün referisi komandaları meydandan çıxarıb. Daha sonra isə o, matçın yarımçıq dayandırılmasına qərar verib.


Son xəbərlər
topaz banner