Mançinidən "Mançester Yunayted"ə rədd cavabı

Mançinidən "Mançester Yunayted"ə rədd cavabı
XƏBƏR 24 Noyabr 2021 / 14:50 1984
-  A +

"Mançester Yunayted" Ole Qunnar Sulşeri istefaya göndərdikdən sonra baş məşqçi axtarışlarını davam etdirir. 

Qol.az Bild-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İtaliya millisinin çalışdırıcısı Roberto Mançini ilə danışıqlar aparıb. Lakin 56 yaşlı mütəxəssis bu təklifi qəbul etməyib. Mançini Premyer Liqa klubunu rədd etməsinə səbəb kimi yığma komanda ilə birlikdə DÇ-2022-yə hazırlaşmasını göstərib. 

Qeyd edək ki, "Mançester Yunayted" Sulşerlə 3 gün əvvəl yollarını ayırıb. 


Son xəbərlər
topaz banner