Benzemaya həbs cəzası verildi

Benzemaya həbs cəzası verildi
XƏBƏR 24 Noyabr 2021 / 13:59 6851
-  A +

Versal Cinayət Məhkəməsinin "Real"ın futbolçusu Kərim Benzemanın Fransa millisindəki Matyo Valbuenanı şantaj etməsi ilə bağlı qərarı məlum olub. 

Qol.az "RMC Sport"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu 10 ay müddətinə azadlıqdan şərti məhrum edilib. Həmçinin o, 75 min avro məbləğində cərimələnib. 

Benzema yığmadakı sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılmışdı. Daha sonra o, Avro-2020-yə görə yenidən milliyə çağırılıb.


Son xəbərlər
topaz banner