Klup prezidenti faciəvi şəkildə vəfat etdi

Klup prezidenti faciəvi şəkildə vəfat etdi
XƏBƏR 24 Noyabr 2021 / 10:53 2195
-  A +

"Zestafoni”nin (Gürcüstan) təsisçisi və prezidenti, biznesmen İlia Kokaya faciəvi şəkildə vəfat edib.

Qol.az "newsgeorgia.ge"yə istinadən xəbər verir ki, təcrübəli alpinist olan 65 yaşlı iş adamı Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə (dəniz səviyyəsindən 3493 metr yüksəklik) qalxarkən yıxılıb. O, başından xəsarət aldığı üçün hadisə yerindəcə dünyasını dəyişib.

Kokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.

Qeyd edək ki, “Zestafoni” futbol klubu 2004-cü ildə İlia Kokaya tərəfindən yaradılıb və qısa zamanda Gürcüstanın ən güclü klublarından birinə çevrilib. 2008-ci ildə “Zestafoni” Gürcüstan kubokunun qalibi olub.  2010-11 və 2011-12 mövsümlərində Gürcüstan çempionu olmaqla yanaşı, Gürcüstan Superkubokunu da qazanıb.


Son xəbərlər
topaz banner