Levon Aronyandan Azərbaycana qarşı təxribat

Levon Aronyandan Azərbaycana qarşı təxribat
XƏBƏR 23 Noyabr 2021 / 15:40 7690
-  A +

Erməni şahmatçısı Levon Aronyan təxribatçı paylaşım edib.

Qol.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, özünün Feysbuk səhifəsindəki paylaşımında Hindistanın Kalkutta şəhərində bugünlərdə keçirilən yarışdakı qələbəsini Qarabağda müharibə zamanı ölən ermənilərə həsr etdiyini bildirib:

“Mən bu qələbəni Artsax və Ermənistan uğrunda döyüşən, yaralanan və həlak olan həmvətənlərimə həsr edirəm”. 

Qeyd edək ki, idman qurumları, o cümlədən Beynəlxalq Şahmat Federasiyası idmanın siyasətə qarışdırılmasını qadağan edir. Ona görə də bu məsələyə Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin müdaxiləsi zəruridir. Yalnız bu halda Aronyan layiqli cəzasını ala bilər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki