Namiq Ələsgərovun klubundan radikal addım

Namiq Ələsgərovun klubundan radikal addım
XƏBƏR 23 Noyabr 2021 / 11:26 3631
-  A +

Millimizin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" radikal addım atıb.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna komandanın son 2 turda məğlub olması səbəb olub. Klub prezidenti Hayrettin Gülgülər məğlubiyyətlərdən sonra üç futbolçu -  kapitan sarğısını daşıyan Burak Altıparmak, Aykut Akgün və Cüneyt Közlə ilə yolları ayırdıqlarını açıqlayıb. O, həmçinin azarkeşlərə nəyin bahasına olur-olsun, mövsümün sonunda Superliqaya vəsiqə qazanacaqları ilə bağlı vəd verib.

Qeyd edək ki, bu yay "Bursaspor"a keçən N.Ələsgərov meydana çıxdığı 9 oyunda 2 qol vurub, 4 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner