Mourinyodan futbolçusuna 800 avroluq hədiyyə

Mourinyodan futbolçusuna 800 avroluq hədiyyə
XƏBƏR 23 Noyabr 2021 / 11:10 1639
-  A +

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandanın  hücumçusu Feliks Afena-Qyana verdiyi sözü tutub. 

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 18 yaşlı oyunçuya A Seriyasının 13-cü turunda “Cenoa” ilə matçda (2:0) qol vuracağı təqdirdə, ona idman ayaqqabası alacağını deyib. Qyan sözügedən görüşdə dubla imza atıb. 

Mourinyo verdiyi sözə əməl edərək qanalı futbolçuya  800 avro dəyərində idman ayaqqabısı hədiyyə edib.


Son xəbərlər
topaz banner