Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi
XƏBƏR 23 Noyabr 2021 / 00:01 2172
-  A +

Fransada klublararası güləş çempionatına start verilib.

Qol.az xəbər verir ki, ilk turda İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib. Yunan-Roma güləşçimiz bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyükhesablı qələbə qazanıb - 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib - 6:3. Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəylə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək. 


Son xəbərlər
topaz banner