"Barselona" ondan imtina etdi

"Barselona" ondan imtina etdi
XƏBƏR 22 Noyabr 2021 / 22:40 2959
-  A +

"Barselona" “Mançester Yunayted”in futbolçusu Donni van de Beki almayacaq. 

Qol.az xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Xavi artıq 24 yaşlı yarımmüdafiəçi ilə maraqlanmır.

Daha əvvəl bildirilmişdi ki, uzun müddətdir yarımmüdafiəçini izləyən La Liqa klubu niderlandlının özü ilə də təmasa keçib. Van de Bek “Barselona”ya keçməyə ilkin razılıq verib.

Qeyd edək ki, Donni bu mövsüm meydana çıxdığı 3 oyunda cəmi 60 dəqiqə şans qazanıb.


Son xəbərlər
topaz banner