"Mançester Yunayted" Sulşerə nə qədər təzminat ödəyəcək?

"Mançester Yunayted" Sulşerə nə qədər təzminat ödəyəcək?
XƏBƏR 22 Noyabr 2021 / 16:00 3231
-  A +

“Mançester Yunayted”dən dünən istefaya göndərilən baş məşqçi Ole-Qunnar Sulşerin alacağı təzminatın məbləği məlum olub.

Qol.az "The Times" nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” norveçli mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verdiyi üçün ona 9 milyon avro təzminat ödəyəcək. 

Qeyd edək ki, Sulşer 2018-ci ildən "Mançester Yunayted"i çalışdırırdı. Komanda Premyer Liqada 7-ci sıradadır.


Son xəbərlər
topaz banner