Nuriyevin komandasından qələbə

Nuriyevin komandasından qələbə
XƏBƏR 22 Noyabr 2021 / 14:28 1565
-  A +

Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” səfərdə “Desna” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
 
Nuriyev bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
 
“Kolos” 15 turdan sonra 14 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.


Son xəbərlər
topaz banner