UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

UEFA-dan Cüneyt Çakıra növbəti təyinat
XƏBƏR 21 Noyabr 2021 / 17:23 2814
-  A +

Türkiyəli FİFA referisi Cüneyt Çakır UEFA-dan növbəti dəfə təyinat alıb. 

Qol.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya" - "Volfsburq" matçını idarə edəcək. Çakıra yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək. 

Qeyd edək ki, sözügedən oyun noyabrın 23-də Sevilyada keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 


Son xəbərlər
topaz banner