Gimnastımız dünya ikincisi oldu

Gimnastımız dünya ikincisi oldu
XƏBƏR 21 Noyabr 2021 / 16:53 872
-  A +

Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatı davam edir.

Qol.az xəbər verir ki, Azərbaycan təmsilçisi Mixail Malkin final mərhələsində 2-ci cəhdini edib. Tamblinq növündə çıxış edən 25 yaşlı idmançı bu dəfə hakimlərdən 76.300 xal alıb və yekunda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, yarışın qızıl medalına rusiyalı Aleksandr Lısıtsin, bürünc medalına isə ABŞ təmsilçisi Keydn Braun layiq görülüb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner