AFFA Bayıl stadionunun ot örtüyünü dəyişdirir

AFFA Bayıl stadionunun ot örtüyünü dəyişdirir
XƏBƏR 20 Noyabr 2021 / 09:42 2015
-  A +

AFFA "Səbail"in ev oyunlarını keçirdiyi Bayıl stadionunun  ("ASCO Arena") sıradan çıxmış ot örtüyünü dəyişdirəcək. 

Qol.az qurumun saytına istinadən xəbər verir ki, milli assosiasiya bununla bağlı tender elan edib.

105mX68m ölçülü süni örtüklü futbol meydanları Mingəçevir və Tovuzda da salınacaq.

Tenderə 10 dekabr saat 17:00-da yekun vurulacaq. Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel - iyun 2022-ci il müəyyənləşdirilib.
 


Son xəbərlər
topaz banner