Dani Alveş nə qədər maaş alacaq?

Dani Alveş nə qədər maaş alacaq?
XƏBƏR 19 Noyabr 2021 / 12:30 3977
-  A +

"Barselona"nın yeni transferi Dani Alveşin klubdakı illik qazancı məlum olub. 

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 38 yaşlı müdafiəçi illik 155 min avro qazanacaq. Bu, La Liqanın yüksək divizionda oynayan klublara futbolçusuna ödəməyə icazə verdiyi minimal əmək haqqıdır. 

Qeyd edək ki, Kataloniya klubu 2 gün əvvəl Alveşlə mövsümün sonuna qədər müqavilə imzalayıb. 


Son xəbərlər
topaz banner